Gülağa Tənha "Vətənə gələndə" - oxuyur xalq artisti Mələkxanım Eyyubova

Gülağa Tənha "Vətənə gələndə" oxuyur xalq artisti Mələkxanım Eyyubova

Tanınmış xeyriyyəçi - şair Gülağa Tənhanın 5 cildlik kitab təqdimatından seçmələr: Çıxış edir Azərbaycanın xalq artisti Mələkxanım Əyyubova.


söz: Gülağa Tənha (Qənbərov)
musiqi: Elza Seyidcahan

 


VƏTƏNƏ GƏLƏNDƏ


Qabağına yüyürər
Yol Vətənə gələndə.
Məcrasına sığışmaz
Sel Vətənə gələndə.
Saçına daraq olar
Yel Vətənə gələndə.
Ayağına sərilər
Gül Vətənə gələndə.
Gözdən həsrət yaşını
Sil Vətənə gələndə.
Gələndə oğul kimi
Gəl Vətənə gələndə!


Məzari – Şərif, 1980

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !