Gülağa Tənha - "Kim deyəcək?"

Gülağa Tənha "Kim deyəcək?"

Azpress.az - saytı bu dəfə Gülağa Tənhanın "Kim deyəcək?" qəzəlini əməkdar artist İlkin Əhmədovun ifasında təqdim edir.
Xanəndə qəzəlin sözlərini qəlbə yaxın bilib, toy məclisində iştirak edən öz həyat yoldaşına ünvanlıyaraq ifa edir və belə gözəl sözlərin sahibi Gülağa Tənhaya təşəkkür edərək tamaşaçılar tərəfindən alqışlanmasını xahiş edir. Daha ətraflı vide linkdə.

 

 
Sözümü-söhbətimi nazlı yara kim deyəcək?
Qəlbimi dağ-dağ edən sitəmkara kim deyəcək?

Abi-leysan tökülən gözlərimə qan sağılıb,
Nələr çəkdiklərimi zülümkara kim deyəcək?

Gecəni gündüz edərdi can alan hər gülüşü,
Gedib, gündüz də mənə olub qara, kim deyəcək?

Ayrılığın gözünə kül ələyərdik, işə bax,
Həsrəti çəkir məni indi dara, kim deyəcək?

Beş arşın ağ ilə mən hüzuruna getsəm əgər,
Son qoyarmı görəsən intizara, kim deyəcək?

Tanrımız Tənhaların bəxtini təzdən yazacaq,
Dərdinə kim qılacaq onda çarə, kim deyəcək?!

Aprel, 2003
 

 

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !