Gülağa Tənha - Dünya öz dərdi ilə baş başa qalsın

Gülağa Tənha Dünya öz dərdi ilə baş başa qalsın

Azpress.az - saytı Gülağa Tənha yaradıcılığını təqdim etməkdə davam edir.

İfa edir əməkdar artist İlkin Əhmədov. Nəzərinizə çatdırırıq ki, İlkin Əhmədov Gülağa Tənha qəzəllərinə ən çox müraciət etmiş gənc xanəndələrdən biridir. Ardı var...

 

 

 Çağırın məclisimə hər gecə divanələri,
Sinəsi dağlıları, dərd-qəmi kəşanələri.

Dünya öz dərdi ilə baş-başa qalsın, nə qəmim,
Sözüm ilə nura mən qərq edim qəmxanələri.

Neçə bağlı qapının astanası gülşən olar,
Çağıra bilsək əgər insafa dürdanələri.

Ruhu candan eləyən həsrət olub, ey qəmi kəm,
Ruhuna təslim edək can evi viranələri.

Qəhər şam tək əriyər, Tənhası var dərdlilərin,
Yığacaq ətrafına söz ilə pərvanələri.

Sentyabr, 2003

 

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !