Gülağa Tənha - "Şair, İlham pərisi və Şər qüvvə"

Gülağa Tənha "Şair, İlham pərisi və Şər qüvvə"

 Tanınmış xeyriyyəçi - şair Gülağa Tənhanın 5 cildlik kitablarının təqdimat mərasimindən seçmələr. Növbəti çıxışçılar: Pontamim teatrının aktyorları əməkdar artist Bəhruz Vaqifoğlu, Solmaz Bədəlova və Ceyhun Dadaşovdu.
Hazırlanmış səhnə Şair dünyasının dərin fəlsəfi qatlarının birini əks etdirir: Sən əgər saf, müqəddəs, sevgiləri özündə birləşdirən ülvi dəyərlər haqqında yazırsansa bəzən elə məqama gəlib yetişirsən ki, hansı ideya xeyirin və ya şərin olduğunu ayırd etməkdə çətinlik çəkirsən. Şərin şirkə sürükləyən amma görünüşcə füsunkar görünüb, məlahətli səslənən fikri yazıb yazmamaq üçün şüurun və ruhun arasında mübarizə gedir. Ağlımız bizi bəzən aldada da bilir, ruhun hikmətləri isə əsla. Eləcə də xeyri tərənnüm edən şeir ərəfəsində bir də görürsən düşüncədə sanki Şər və İlham pərisi arasında münaqişə baş verir nəticə isə Şairin əqidəsindən asılı olur...

Gülağa Tənhanın (Qənbərov) kitab təqdimatında tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan həmin quruluşu sizə təqdim edirik.
İdeya müəllifi: Ruslan Mollayev

 

 


#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !