Məşhur futbolçu 18 yaşlı sevgilisinin doğum gününə görə karantini pozdu - -FOTO

Məşhur futbolçu 18 yaşlı sevgilisinin doğum gününə görə karantini pozdu -FOTO

Rusiyalı məşhur futbolçu Fyodor Smolov 18 yaşlı sevgilisinin doğum günündə iştirak etmək üçün karantin qadağasını pozaraq, İspaniyadan Rusiyaya gedib.
Bu barədə “AS” nəşri məlumat yayıb.
F.Smolov bir qədər əvvəl klubu “Selta Viqo”dan ailəsi ilə bağlı problemləri həll etmək məqsədilə Rusiyaya getmək üçün icazə istəyib. Lakin İspaniyada ölkəni tərk etmək qadağan olunduğu üçün klub futbolçunun bu istəyi ilə razılaşmayıb.
“Şəxsi məsələlərə görə, Rusiyaya getmək istədiyini bizə bildirdi. Biz də qadağanı xatırladaraq, icazə verməyəcəyimizi söylədik. Sonra bizə Rusiyaya getdiyini dedi. Problemi həll edən kimi geri qayıdacağını söylədi”, - deyə nəşrə danışan “Selta Viqo” rəsmisi bildirib.
30 yaşlı futbolçuya Rusiyadan qayıtdıqdan sonra ağır cəza veriləcəyi qeyd edilib.
Qeyd edək ki, Smolovun sevgilisi Rusiyanın ilk prezidenti Boris Yeltsinin nəvəsi Mariya Yumaşevadır. oxu.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !