Baku Book Center "Evdə qalmağın xeyri" mövzusunda nağıl və rəsm müsabiqəsi elan edir - +FOTO

Baku Book Center "Evdə qalmağın xeyri" mövzusunda nağıl və rəsm müsabiqəsi elan edir +FOTO

Baku Book Center aprelin 5-dən etibarən “Evdə qalmağın xeyri” şüarı
altında 4-14 yaş uşaqlar və yeniyetmələr arasında nağıl (hekayə) və
rəsm müsabiqəsi elan edir.
Müsabiqənin şərtləri:
Həm rəsm əsəri, həm nağıl \ hekayə, şüarın məzmununa uyğun olmalıdır.
Yəni, onlarda evdə olan uşağın müxtəlif fəaliyyət sahələri əks
olunmalıdır - təhsil, kitab oxuma, rəsm, istirahət, idman,
valideyinlərə kömək, kulinariya, bitkilərə\ ev heyvanlarına qayğı,
oyunlar, ünsiyyət və s.
RƏSMLƏR A4 ölçülü kağızda (210 х 297 mm) istənilən texnikada təsvir
edilməlidir. Hazır rəsm əsəri skan olunmalı, və ya yaxşı keyfiyyətdə
foto şəklində göndərilməlidir. Keyfiyyətsiz, qaranlıq və tam
çəkilməmiş rəsmlər müsabiqəyə qəbul olunmur.
NAĞIL və ya kiçik HEKAYƏ .doc formatında (Word sənədində)
yazılmalıdır. Minimal həcmi 1, maksimal həcmi isə 3 səhifədir.
Rəsmlər və yazılar 5 may tarixinədək bakubookcenter@inbox.ru elektron
ünvanına göndərilməlidir.
Xahiş edirik, iştirakçının adını, soyadını, yaşını və əlaqə telefon
nömrəsini qeyd etməyi unutmayın. Uğurlar! 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !