ABŞ-ın sabiq dövlət katibi: - "Koronavirus dünya düzənini əbədi dəyişdirəcək" FOTO

ABŞ-ın sabiq dövlət katibi: "Koronavirus dünya düzənini əbədi dəyişdirəcək" FOTO

“Bir çox ölkələr malik olduqları təsisatların fəlakətləri öncədən görməsi, onları önləyəcəyi və cilovlayacaqlarına olan inamı sayəsində birləşir və sabitliklərini qoruyurlar. Lakin COVİD-19 pandemiyası bitdikdən sonra həmin ölkələrin institut və qurumları uğursuz olaraq göstəriləcəklər. Bunu ədalətli olub-olmamasının əhəmiyyəti yoxdur. Reallıq bundan ibarətdir ki, koronavirusdan sonra dünya daha əvvəlki kimi olmayacaq”.
Bu cümlələr ABŞ-ın keçmiş dövlət katibi, dünyanın ən məşhur fikir adamlarından sayılan Henri Kissincerin “The Wall Street Journal” qəzetndə yazdığı məqalədə əks olunub.
O, qeyd edib: “Koronavirus hər kəsə görünməmiş miqyasda və azğınlıqla zərbə endirdi. Onun yayılması eksponensial (partlayış) səviyyəsində ölçülə bilər. Bu məqalənin yazıldığı anlarda belə xəstəliyin müalicəsi hələ tapılmayıb. Xəstəlik hallarının dalğasını qarşısının alınması üçün tibbi ehtiyatlar çatışmır. İntensiv terapiya bölməsi öz hüdudları xaricində və həddindən artıq yüklənmiş vəziyyətdə çalışır. Vurisa qarşı peyvənd isə hələ 12-18 aydan sonra ortaya çıxacaq”.
Kissincerin fikrincə, ölkə idarəçiliyində virusun yayılmasının qarşısının alınması kimi çətin sınaq yaranıb. Çünki yalnız bununla amerikalıların özü-özünü idarə etmək qabliyyətinə inamını geri qaytarmaq olar: “Böhran vəziyyətləri koronavirusdan sonrakı düzənə keçmək üçün paralel təsisatların qurulması kimi təxirəsalınmaz vəzifənin yerinə yetirilmasınə mane olmamalıdır”.
“...Epidemiyanın müvəqqəti xarakter daşıyacağına ümid bəsləməklə yanaşı qeyd etməliyik ki, koronavirusun törətdiyi siyasi və iqtisadi fəsadlar uzun illər boyu təsirini göstərəcək. Heç bir ölkə, hətta ABŞ belə sırf milli imkanlarla virusa qalib gələ bilməz. Hazırkı anda qəbul olunacaq zəruri qərarlar qlobal birgə proqrama və təsəvvürə söykənməlidir. Əgər biz bunu tandem olaraq həyata keçirməsək, o zaman bütün maddələr üzrə ən pis ssenariyə hazır olmalıyıq,”-deyə Henri Kissincer yazıb.
Keçmiş dövlət katibinin rəyinə əsasən, Birləşmiş Ştatlar indi 3 əsas sahədə diqqətini cəmləməlidir: “İlk növbədə infeksiya xəstəliklərinə qarşı qlobal müqaviməti möhkəmləndirmək zəruridir.
İkincisi, dünya iqtisaidyyatının yaralarını sarımaq üçün tədbirlər görmək lazımdır.
Hazırda koronavirusla bağlı yaranan iqtisadi daralmanın öz sürət və qlobal miqyasına görə tarixdə analogiyası yoxdur. İctimai səhiyyə çərçivəsində görülən - sosial məsafənin saxlanması, məktəb və müəssisələrin bağlanması kimi tədbirlər isə iqtisadi ağrını daha da şiddətləndirir. Dövlət proqramları dünya əhalisinin ən zəif təbəqələri üün yarana biləcək xaosun nəticələrini yumşaldılmasına yönəlməlidir.
Üçüncüsü, liberal dünya düzəni prinsipləri qorunmalıdır. Dünyanın demokratik dövlətləri özlərinin maarifçi dəyərlərini müdafiə etməli və dəstəkləməlidrlər. Hakimiyyətin tarazlığı prinsipindən qlobal şəkildə imtina olunması həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə ictimai sazişin çökməsinə gətirib çıxaracaq. Min ildir davam edən legimilik və hakimiyyət məsələsi COVİD-19 epidemyasının dəf olunması ilə çözülə bilməz. Həm daxili siyasətdə, həm də beynəlxalq arenada təmkinli davranmaq vacibdir. Buna görə də prioritetllər müəyyən edilməlidir.
...İndi biz gələcək dövrlərə cığır açan mərhələdən keçirik. Liderlərin tarixi vəzifəsi böhranın öhdəsindən gəlməklə bərabər, gələcəyi inşa etməkdir. Əks təqdirdə dünya yenidən alovlanacaq".
Musavat.com 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !