Özbəkistanda Biz birlikdə güclüyük devizi altında xeyriyyə aksiyası keçirlib - +FOTO=4

Özbəkistanda “Biz birlikdə güclüyük” devizi altında xeyriyyə aksiyası keçirlib +FOTO=4

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi “Biz birlikdə güclüyük” devizi altında xeyriyyə aksiyası keçirib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi koronavirus epidemiyasının törətdiyi çətinlikləri aradan qaldırmaq məqsədi ilə “Biz birlikdə güclüyük” devizi altında xeyriyyə aksiyası keçirib.
Xeyriyyə aksiyasına əsasən paytaxt Daşkənddə yaşayan bir sıra imkansız və maddi vəziyyəti çətin olan azərbaycanlılara və özbəklərə, habelə Daşkənddəki 30 saylı uşaq evinin kimsəsiz uşaqlarına ərzaq verilib.
Bununla əlaqədar Mədəniyyət Mərkəzinin əməkdaşları xüsusi sovqatlar hazırlayaraq onları evlərə çatdırmış, daha imkansız ailələrə pul vəsaiti verilmiş, onları “Evdə qal” aksiyasına əməl etməyə çağırmışlar.
Azərbaycan Mədəniyyət Mərkəzinin Daşkənddə himaəyə götürdüyü 30 saylı uşaq evinin kimsəsiz uşaqlarına da xüsusi sovqatlar və ərzaq təqdim edilib. Sözügedən uşaq evində azərbaycanlı və özbək kimsəsiz uşaqlar yaşayır və təhsil alırlar.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları bundan öncə də Azərbaycan Səfirliyində yaradılan xüsusi Fonda da vəsait köçürərək Özbəkistanda qalan Azərbaycan vətəndaşlarına dəstək ifadə ediblər.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bütün xeyirsevər insanları dövlətlərimizin, maddi vəziyyəti çətin olan insanlarımızın yanında olmasını və onlara dəstək olmasına çağırıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov vətəndaşlarımızın sağlamlığının dövlətlərimizin gələcəyi üçün mühüm olduğunu qeyd etmiş, ölkələrimiz üçün ən əsas amilin insanlarımızın sağlamlığı olduğunu bildirib. O, xəstəliyə yoluxan hər bir nəfərin potensial virus daşıyıcısı olduğunu bildirərək, onun kontrolunun reallıqda olduqca çətin olduğunu bildirib.
Samir Abbasov vətəndaşlarımızı dövlətlərimizin çağırışına cavab verərək, evdə qalmaqlarına və bununla da ətraflarını, ailələrini, kontaktda olduqları hər bir kəsi qorumağa və nəticədə isə dövlətimizi çətin vəziyyətdə qoymamağa çağırıb.  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !