"ASAN Könüllüləri" Təşkilatı və "Coca-Cola" Fondu koronavirusla mübarizəyə dəstək göstərib - - FOTO

"ASAN Könüllüləri" Təşkilatı və "Coca-Cola" Fondu koronavirusla mübarizəyə dəstək göstərib - FOTO

Müxtəlif sosial və ekoloji layihələr çərçivəsində əməkdaşlıq edən "ASAN Könüllüləri" Təşkilatı və " Coca-Cola"  Fondu ölkəmizdə koronavirus (COVID-19) pandemiyasına qarşı aparılan mübarizəyə dəstək nümayiş etdirib.

ASAN könüllüləri və "Coca-Cola" Fondunun əməkdaşlarının birgə təşəbbüsü ilə  xəstəxanalara ödənişsiz formada içməli sular çatdırılıb. Xəstəxanalarda çalışan tibbi personal və karantin rejimində olanların su tələbatını ödəmək üçün 120,000 vahid “Bonaqua” suları könüllülərin iştirakı ilə ünvanlara göndərilib.

Qarşıdakı bir neçə gün ərzində həm Bakı şəhəri, həm də bölgələrdə karantin rejimində fəaliyyət göstərən xəstəxanalara içməli suların çatdırılması təmin ediləcəkdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !