Aerobika, Biznes Təlimləri,Yoga, ziyalılar və ulduzlar gənclər üçün evdə -

Aerobika, Biznes Təlimləri,Yoga, ziyalılar və ulduzlar gənclər üçün evdə

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Addım” Gənclər Təşkilatı gənclərin maariflənməsini və asudə vaxtlarının səmərəli təşkilini təmin etmək üçün “Evdə Addım-la” layihəsinə start verir.
Layihə çərçivəsində gənclərin karantin günlərindəki zamanını səmərəli keçirmək üçün maarifləndirmə, əyləncə, informasiya və s. istiqamətlərdə fəaliyyətlər nəzərdə tutulmuşdur.
Gənclər və İdman Nazirliyinin və “Addım” təşkilatının sosial media şəbəkələrində gündəlik proqramlar həyata keçiriləcəkdir.
Belə ki, günün müəyyən olunmuş saatlarında fitnes proqramları, rəqs, yoqa dərsləri, müxtəlif sahələrin mütəxəssisləri tərəfindən məsləhətlər, tövsiyələr, motivasiya və biznes təlimləri, axşam saatlarında isə ulduzlarla karaoke, ziyalılarla canlı yayımda söhbətlər və s. nəzərdə tutulmuşdur.
Layihənin pandemiya dövründə karantin günlərinə uyğun davam etdirilməsi nəzərdə tutulub.
Eləcə də layihə çərçivəsində #Evdəaddımla həştəqi ilə evdə çəkilən maraqlı və kreativ videoların karantin müddəti bitdikdən sonra mükafatlandırılması üçün müsabiqə keçiriləcək. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !