Gülağa Tənha - "Xəzər" KLİP ilk dəfə

Gülağa Tənha "Xəzər" KLİP ilk dəfə

Şairlərin ünsirlərə bağlılığı olur: Torpağa, buludlara, dənizə və.s... Onlar üçün təbiətdə hər şey canlıdır. Gülağa Tənha "Xəzər" - ə həsr etdiyi şeirdə, sanki Bakımızın sahilində müjdə olan dənizin rəsmini çəkməyə çalışmışdır. Xeyriyyəçi - şairin yaradıcılığında dənizə həsr etdiyi bir neçə şeirə rast gəlmək olur və eləcə də bəstəkarlar da uğurlu alınan bu şeirlərə biganə qalmayaraq öz üslublarına yaxın mahnılar bəstələmişdilər. Klip ilk dəfə Azpress.az - saytı tərəfindən təqdim edilir.


söz: Gülağa Tənha (Qənbərov)
musiqi: Aynur Adilqızı
ifa: Elnur və Nihat

 

XƏZƏR


Vətənim dağlar, dərələr,
Bir də mavi Xəzərdi.
Oylağım küləkli düzlər,
Pıçıldaşan ləpələrdi.
Bəzən sakit mürgü vurur,
Bəzən şahə qalxır Xəzər.
Gah mışıl-mışıl uyuyur,
Gah şimşəktək çaxır Xəzər.
Abşeronun nəfəsidi,
Onun xəzri, gilavarı.
Həzin sevgi nəğməsidi
Layla çalan dalğaları.
Aylı, ulduzlu gecələr
Bir çilçıraq olar Xəzər.
Sirli nağıla çevrilər,
Yuxulara dolar Xəzər.


Bakı, 1993

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !