Cİ MAGISTRANTLARININ DISTANT DƏRSLƏRİ UĞURLA DAVAM EDİR - +FOTO=3

Cİ MAGISTRANTLARININ DISTANT DƏRSLƏRİ UĞURLA DAVAM EDİR +FOTO=3

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “AMEA-nın magistrantları üçün distant tədrisin təşkil edilməsi haqqında” sərəncamına uyğun olaraq, təsdiqlənmiş dərs cədvəlinə əsasən AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun I və II kurs magistrantları üçün təşkil olunmuş distant dərslər uğurla davam edir.
İnstitutda 3 ixtisas üzrə 5 magistr təhsil alır: onlardan üçü 1-ci kursda, ikisi 2-ci kursdadır. Mühazirələrin elektron mətnləri e-mail və ya vatsap vasitəsilə təhsil alanlara çatdırılır.
Distant dərslər İnstitit rəhbərliyi və Təhsil şöbəsinin nəzarəti altında həyata keçirilir və dərslərin gedişatı haqqında AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil idarəsinə mütəmadi olaraq məlumat verilir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !