Elmi Bərpa Mərkəzinin əməkdaşları mühazirəyə onlayn qatılaraq dinləyici qismində iştirak etmişlər - +FOTO=14

Elmi Bərpa Mərkəzinin əməkdaşları mühazirəyə onlayn qatılaraq dinləyici qismində iştirak etmişlər +FOTO=14

SER ALFRED ÇESTER BİTTİNİN KOLLEKSIYASINDA OLAN QƏDİM QURAN ƏLYAZMASININ KONSERVASİYASINA HAZIRLIQ” MÖVZUSUNDA VEBİNAR-MÜHAZİRƏ
İrlandiyanın Dublin şəhərində yerləşən Chester Beatty mədəniyyət müəssisəsi COVİD 19 Koronavirus pandemiyasının yayılması səbəbilə bir çox insanın evdə qalması tələb edilərkən onlayn həyata keçirdiyi tədbirlər çərçivəsində aprelin 9-u saat 4-də ( Bakı vaxti ilə saat 7-də) “Konservasiya haqqında evdən birbaşa canlı vebinar-mühazirələr silsiləsindən: Erkən İslam kitablarının əhəmiyyətliliyini araşdırılması: Ser Alfred Çester Bittinin kolleksiyasında olan qədim Quran əlyazmasının konservasiyasına hazırlıq” mövzusunda mühazirə təşkil etmiş və Elmi Bərpa Mərkəzinin əməkdaşları da bu mühazirəyə onlayn qatılaraq dinləyici qismində iştirak etmişlər.
Mühazirəni Çester Bittinin konservasiya şöbəsinin müdiri Kristin Rose-Beers aparırdı.
Mühazirədə Dublindəki Çester Bitti Kitabxanasında saxlanılan VIII əsrin əvvəllərinə aid Qur’an əlyazmasının konservasiyası öncəsi görülən işlərdən, aparılan laborator və elmi araşdırmalardan, əldə olunan nəticələrdən söhbət açıldı və prosesləri əks etdirən fotoşəkillər nümayiş etdirildi. Qeyd olundu ki, Əlyazmanın qorunması üçün 1404 - cü ilə aid 201 ədəd şaquli formatda, pergamentdə yazılmış Quran əlyazması, həm digər qədim İslam əlyazma materiallarının, həm də bu əlyazma üçün ən uyğun müasir qorunma üsullarının əhəmiyyətli araşdırılması üçün katalizator rolunu oynamışdır.
Çester Bitti əlyazmasının fiziki müayinəsi York Universitetinin BioArCh (Biologiya, Arxeologiya və Kimya) Universiteti ilə birlikdə həyata keçirilən perqament analizi və MOLAB ilə əlyazmanın işıqlandırılmış bəzək haşiyələrinin analitik müayinəsi ilə tamamlanmışdır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !