Təbiətə ziyan vuran şəxs cəzalanıb -

Təbiətə ziyan vuran şəxs cəzalanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sabirabad rayonu ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət  araşdırılıb.

Araşdırma zamanı Sabirabad rayonu Moranlı bələdiyyəsinə aid torpaq sahəsində rayon sakini Əlsəfa Salmanov tərəfindən ağac və kolların kəsildiyi, təbiətə 2640 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından  məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq  tədbirlərin görülməsi üçün toplanmış sənədlər Sabirabad rayon Prokurorluğuna göndərilib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !