Kürütökmə dövründə balıq ovuna moratorium elan edilir -

Kürütökmə dövründə balıq ovuna moratorium elan edilir

Balıqların kürütökmə dövrünün başlanması ilə əlaqədar  may ayının 1-dən sentyabrın 1-dək balıq ovuna moratorium elan olunacaq.

Bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Xidmət rəisi təbii su hövzələrində mövcud balıq ehtiyatlarının mühafizəsinın, qorunmasının  vacibliyini günümüzün ən aktual məsələlərindən  biri olduğunu qeyd edib.

 O, balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri
qadağan olunan vaxtlarda və qadağan olunmuş   vasitələrlə balıq ovlanmasından imtinaya,  qaydalara əməl etməyə çağırıb.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !