Gənclər Fondu və UNICEF-in Azərbaycandakı Nümayəndəliyi maarifləndirmə kampaniyasına start verdi -

Gənclər Fondu və UNICEF-in Azərbaycandakı Nümayəndəliyi maarifləndirmə kampaniyasına start verdi

10 aprel 2020-ci il Azərbaycan Respublikasının Gənclər Fondu və UNICEF-in Azərbaycan Nümayəndəliyi arasındakı əməkdaşlıq çərçivəsində, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə gənclər üçün koronavirusla bağlı ictimai maarifləndirmə kampaniyasına start verilmişdir.
Bu çərçivədə, virtual sosial platformalardan istifadə etməklə müxtəlif tipli media məhsulları vasitəsilə ictimaiyyətin COVID-19 virusu, onun yayılmasının qarşısının alınması və sosial təcridin əhəmiyyəti haqqında məlumatlandırma işlərinin, habelə sosial təcrid vəziyyətində mümkün gərginliyinin azaldılması ilə bağlı məqsədli layihələrin həyata keçirilməsi, təlim materiallarını yaymaqla təhsilin davam etdirilməsi və zehni sağlamlığının ardıcıllığının təmin edilməsi nəzərdə tutulur.
Bununla yanaşı, gənclər üçün multimediya məzmunlu əyləncə, karantin zamanı valideynin davranış qaydaları haqqında məlumatlandırma və müxtəlif növ proqramlar da həyata keçiriləcəkdir.
Könüllülərin iştirakı ilə maarifləndirmə tədbirlərinin, xüsusilə də Nazirlər Kabineti yanında Operativ Qərargahın və beynəlxalq təşkilatların tövsiyyələri əsasında tərtib ediləcək maarifləndirmə materiallarının paylanılması da nəzərdə tutulur. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !