Aprel ayında yağıntıların çoxluğu kənd təsərrüfatına faydalıdır -

Aprel ayında yağıntıların çoxluğu kənd təsərrüfatına faydalıdır

Yazın bərəkətli yağmuru aprel ayında müşahidə edilir. Son bir neçə ay ərzində ölkə ərazisində hava şəraiti əsasən az yağıntılı olub. Aprel ayının I ongünlüyündə isə Respublika ərazisində yağıntılı hava şəraiti üstünlük təşkil edib.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə bəzi rayonlarda, xüsusən də Mərkəzi Aran və Böyük Qafqazın dağətəyi rayonlarında yağıntı intensiv oduğundan aylıq normanın 50-70 faizini təşkil edib ki, bu da əvvəlki illərlə müqayisədə yaxşı göstəricidir.

“Aylıq proqnoza görə aprel ayı ərzində bəzi dağətəyi və aran rayonlarında yağıntıların norma daxilində və normadan bir qədər çox olacağı gözlənilir. Bu da bitkilərin vegetasiya dövrünə təsadüf etdiyindən kənd təsərrüfatı sahəsinə faydalıdır. Belə ki, taxılçılıq, tərəvəzçilik və digər bitkilərin inkişafında düşən yağıntının əhəmiyyəti böyükdür”.

V.Əliyev onu da qeyd edib ki, atmosfer havasına atılan qaz qarışıqlarının miqdarının azalması nəticəsində yağıntıların tərkibindəki kimyəvi çirkləndiricilərin miqdarının əhəmiyyətli dərəcədə azalması müşahidə olunub.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !