Ağcabədidə mövcud şəraitə uyğun Azərbaycanın Milli Qəhrəmanı Sadıq Hüseynovun anım günü qeyd edildi - +FOTO=11 (AZpress.AZ - Mais Ibrahimov)

Ağcabədidə mövcud şəraitə uyğun Azərbaycanın Milli Qəhrəmanı Sadıq Hüseynovun anım günü qeyd edildi +FOTO=11 (AZpress.AZ - Mais Ibrahimov)

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, Hüseynov Sadıq Dayandur oğlu 29 iyul 1961-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində anadn olmuşdur. 1968-ci ildə burada birinci sinifə getmiş və 1978-ci ildə orta məktəbi bitirmişdir. 1980-ci ildə Xankəndi Pedaqoji İnstitutunun İbtidai metodika fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdur. Elə həmin il ordu sıralarına çağırılmışdır. O, hərbi xidmətini başa vurduqdan sonra yarımçıq qalmış təhsilini davam etdirmiş, 1987-ci ildə ali məktəbi bitirərək doğma kəndlərinə qayıtmışdır. Sadıq vaxtilə oxuduğu məktəbdə əvvəl pioner baş dəstə rəhbəri, sonra isə müəllim işləmişdir. O, 1989-cu ildə DİN-nin sərəncamı ilə Şuşa rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili vəzifəsinə təyin edildi. Erməni quldurları Şuşaya hücum edəndə Sadıq da digər polis əməkdaşları kimi şəhərin müdafiəsində yaxından iştirak etmiş, düşmənə ağır zərbələr endirmişdir. Onun başçılıq etdiyi dəstənin səyi nəticəsində onlarla erməni yaraqlısı məhv edilmiş, xeyli silah-sursat ələ keçirilmişdir. O, 29 mart 1992-ci ildə ağır yaralanır, lakin yenə də silahı yerə qoymur, döyüşə atılır.  13 aprel 1992-ci ildə erməni silahlı birləşmələri Şuşanı ağır raket atəşinə tutmuşdu. Sadıq Hüseynov yaralı yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak oldu.
     Ailəli idi. Bir qızı yadigar qalıb.
    Azərbaycan Respublikası Prezidentinin 08 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Hüseynov Sadıq Dayandur oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.Ağcabədi rayonunun Xocavənd kəndində dəfn edilmişdir.
Xatirəsinin əbədiləşdirilməsi məqsədilə təhsil aldığı Xocavənd kənd 1 saylı tam orta məktəbinə adı verilmiş, məktəbin qarşısında büstü qoyulmuşdur. Ağcabədi şəhərindəki küçələrdən biri Azərbaycanın Milli Qəhrəmanı Sadıq Hüseynovun adını daşıyır.
     Bu gün mövcud şəraitlə əlaqədar Azərbaycanın Milli Qəhrəmanın Sadıq Hüseynovun anım tədbiri geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilməsə də bütün məhdudiyyətlərə baxmayaraq rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun tapşırığına əsasən Xocavənd kənd 1 saylı tam orta məktəbin qarşısındakı büstü və qəbirüstü abidəsi yad edilmiş, əklil və tər qərənfillər qoyulmuşdur.
AZpress.AZ-ın fotomüxbirinin arxiv şəkillərindən də istifadə olunmuşdu. Allah rəhmət eləsin! 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !