Gömrükçülər daha 120 ailəyə yardım ediblər - - VİDEO

Gömrükçülər daha 120 ailəyə yardım ediblər - VİDEO

Dövlət Gömrük Komitəsinin əməkdaşları koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi dövründə daha 120 ailəyə yardım ediblər.

Cənub Ərazi Baş Gömrük İdarəsinin "Şirvan" və "Xudafərin" gömrük postları, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postu və Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıblar. Gömrük əməkdaşları, eyni zamanda, ailələrlə profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi dövründə evdə qalmalarını tövsiyə ediblər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !