Boyun ağrılarına qarşı idman hərəkətləri etməyi tövsiyə edilir -

Boyun ağrılarına qarşı idman hərəkətləri etməyi tövsiyə edilir

 Mərkəzi Gömrük Hospitalının fizioterapevti boyun ağrılarına qarşı idman hərəkətləri etməyi tövsiyə edir 

Özünütəcrid zamanı evdən işləməli, saatlarla smartfon və kompüterdən istifadə etməyə məcbur olursunuz. Mərkəzi Gömrük Hospitalının fizioterapevt-reabilitoloqu Səidə Kərimova boyun və kürək nahiyyələrində yaranan ağrıların qarşısını almaq üçün öz tövsiyələri ilə bölüşüb.
Yaşlı insanlarda onurğada daha çox degenerativ dəyişikliklər yaranır, gənc insanlarda isə ağrılar daha çox əzələlərin zəifliyi nəticəsində olur. Bu isə qamətin və əzələlərin düzgün işlədilməməsi səbəbindən baş verir.Smartfonu və ya kompüteri işlədəndə qamətə çox vaxt fikir vermirik. Qeyd edək ki, smartfonla əlaqəli boyun və kürəkdə yaranan ağrılar “Text neck” sindromu adlanır.

Başı aşağı əyib bütün günü smartfona və ya monitora baxmaq boyun onurğası ətrafında əzələlərin yorulmasına və zəifləməsinə səbəb olur. Normada boyun əzələləri mərkəz pozisiyada başın çəkisini saxlayır. Lakin, siz başınızı qabağa əyirsinizsə, bu halda başın çəkisi 5-6 dəfə artır və bu saatlarla davam edir. Bu yüklənməyə əzələlər dözə bilmir, yorulur və zəifləyir.
Ardıcı olaraq bu hər gün baş verirsə onurğada xırda oynaqlar stabilliyini itirə bilər. Bu oynaqlar arada ilişə, əzələni və sinirləri sıxa bilər. Nəticədə boyunda uzunmüddətli ağrı yaranır. Siz isə bunun nədən baş verməsini bilmirsiniz. Bu ağrıların qarşısını almaq üçün bu qaydalara riayət etmək lazımdır:
a. Monitoru göz səviyyəsində saxlamaq;
b. Başı aşağı və ya yan tərəfə əyməmək;
c. Smartfonu uzun müddət fasiləsiz işlətməmək.
Eyni zamanda, boyun ağrılarının qarşısını almaq üçün aşağıda qeyd olunmuş sadə idman hərəkərlərini etmək lazımdır:
1.Çiyinlərinizi 10 dəfə arxaya və aşağıya doğru hərəkət etdirin;
2.Kürəyinizi 10 dəfə bir-birinə yaxınlaşdırın;
3.Başınızı 10 dəfə hər iki çiyinə tərəfə aparın;
4. Qolunuzu düz açıb qaldırın, başınızı əks istiqamətə çevirin.Hər tərəfdə 15 saniyə saxlayın.
Bu hərəkətlər ağrı vermir və siz əzələ gərməsini hiss edə bilərsiz.Bu hərəkətləri gün ərzində 2 dəfə etmək tövsiyə olunur. Yatmağınıza fikir verin. Böyrüstə ya da arxası üstə yatmaq lazımdır. Üzü üstə yatmaq onurğaya ziyandır.Cünki, o zaman orurğa dəstək almır. Həmçinin, ortopedik boyun yastığından istifadə edə bilərsiz. Belə ki, bu yastıq normal boyun formasına dəstək verir. Bütün bu qaydalara riayət etməklə siz boyun ağrılarının qarşısını almış olarsınız.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !