Milli parkın mühafizə rejimini pozan şəxslər cəzalanıb -

Milli parkın mühafizə rejimini pozan şəxslər cəzalanıb

Ağgöl Milli Parkının Beyləqan rayonu ərazisində gecə saatlarında mühafizə rejimini pozaraq hərəkət edən “QAZ 69” markalı 11-BA-771 dövlət nömrə nişanlı və “Vaz 21011” markalı 10-LC-148 dövlət nömrə nişanlı minik avtomobilləri Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən  saxlanılıb.

Avtomobillərin yük yerinə keçirilən baxış zamanı balıq ovu üçün istifadə olunan alətlər və ovlanmış çəki balığı aşkar edilib.

Faktla bağlı Beyləqan rayon sakinləri Fuad Quliyev və  Cabbar Cabbarov barəsində akt və protokol tərtib edilib və hər biri 1000 manat məbləğində cərimə olunub. 
“QAZ 69” markalı minik avtomobilində olan şəxslər isə avtomobili qoyaraq ərazidən uzaqlaşıblar.
 
Hazırda digər qanun pozucularının müəyyən edilməsi üçün zəruri tədbirlər görülür.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !