Tarix İnstitutunun alimləri hazırda yeni kitablar üzərində işləyirlər -

Tarix İnstitutunun alimləri hazırda yeni kitablar üzərində işləyirlər

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun alimləri hazırda yeni kitablar üzərində işləyirlər.
Tarix İnstitutundan verilən məlumata görə, “Heydər Əliyev və elmin inkişafı” və “Azərbaycan mədəniyyəti tarixi” kitabları üzərində iş gedir.
Tarixçi alim Tamilla Kərimova-Kocayeva isə “AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun tarixi (1920-2020-ci illər)” və “Azərbaycan elmi bioqrafik oçerklərdə” kitabları üzərində işləyir.
Bundan başqa, tarixçi alimlər “Azərbaycan tarixi Osmanlı sənədlərində”, “Sürməli tarixi”, “Daşnaksütyun” partiyası və türk-müsəlman xalqlarına qarşı soyqırımları (XIX əsrin sonu – XX əsrin əvvəlləri)”, “Sovet hakimiyyətinin ilk illərində böyük dövlətlərin Qafqaz siyasəti və Azərbaycan”, “Azərbaycan SSR Elmlər Akademiyasının formalaşması və yaranması (1920-1945-ci illər)”, “II Dünya müharibəsindən sonrakı illərdə azərbaycanlıların Ermənistan SSR-dən deportasiyasının siyasi zəmini”, “Ermənistanın Azərbaycana qarşı təcavüzü qlobal güc mərkəzlərinin siyasəti fonunda (1991-1994)” və başqa mövzular üzərində tədqiqat aparırlar. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !