Masallı Regional Mədəniyyət idarəsinin kollektivi Evdə qal, evdə yarat! təşəbbüsünü uğurla davam etdirirlər - +FOTO=4 (AZpress.AZ - Əlihüseyn Şükürov)

Masallı Regional Mədəniyyət idarəsinin kollektivi “Evdə qal, evdə yarat!” təşəbbüsünü uğurla davam etdirirlər +FOTO=4 (AZpress.AZ - Əlihüseyn Şükürov)

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları koronovirusla əlaqədar ölkədə yaradılmış karantin dövründə yaşı 65-dən yuxarı, vaxtilə mədəniyyət sahəsində çalışmış həmkarları və kəndlərdə yaşayan aztəminatlı ailələr ilə evlərində görüşərək onlara ərzaq payı aparmışdır. Bununla yanaşı koronovirusla mübarizəyə dəstək fonduna Masallı Regional Mədəniyyət İdarəsi 5000 min manat vəsait köçürərək ölkədə aparılan işlərə dəstək olmuşdur.
Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları karantin dövründə evdə qalsalar da sevimli peşələri ilə məşğul olmuşlar. Belə ki, 11 illik İncəsənət Məktəbinin müəllim heyəti öz şagirdlərinə onlayn qaydada dərs tədrisini həyata keçirmiş, musiqiçilər, ifaçılar isə “evdə qal, evdə yarat” təşəbbüsü ilə evlərində çəkdikləri videolarla öz musiqi və ifa bacarıqlarını nümayiş etdirmişlər.
Əlavə olaraq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş festivala start verilmişdir. Belə ki, 10 aprel – 10 may 2020-ci il tarixlərdə bədii qiraət, rəsm (əl işləri), tək ifa olmaqla 3 janr üzrə yaş həddi 7-70 olan bütün vətəndaşların iştirak edə biləcəyi festival virtual qaydada keçiriləcəkdir. Münsiflər heyəti tərəfindən I, II, III yerlərin qaliblərinə diplom və hədiyyələr təqdim ediləcəkdir.
Bütün görülmüş işlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən rəğbətlə qarşılanmışdır. Eyni zamanda 71 saylı Masallı kənd seçki dairəsindən seçilmiş deputat Anar İsgəndərov və 72 saylı Yardımlı-Masallı seçki dairəsindən seçilmiş deputat Musa Qasımlı Masallı rayonunun mədəniyyət sahəsində çalışan şəxslərinin bu günlərdə evdə qalaraq yaratmaları, kitab oxumaq kompaniyasını genişləndirilmələri, nikbin əhval-ruhiyyədə olmalarının bütün cəmiyyət üçün əhəmiyyətli olmasını qeyd edərək, yaşayıb-yaradan mədəniyyət işçilərini alqışlamış və “Evdə qal, evdə yarat!” təşəbbüsünün daha geniş yayılacağını bildirmişdirlər.
Hazırda işlər davam etdirilir.
Əlihüseyn Şükürov. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !