Ağcabədidə çiyid səpini davam edir - +FOTO=36 (AZpress.AZ - Mais Ibrahimov)

Ağcabədidə çiyid səpini davam edir +FOTO=36 (AZpress.AZ - Mais Ibrahimov)

Ağcabədidə çiyid səpini davam edir - qısa vaxtda 1348 hektar sahədə səpin aparılıb

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə çiyid səpini davam edir. Sahələri vaxtında şumlayıb, arata qoyub, malalayaraq hazır vəziyyətə gətirən ağcabədili pambıqçılar qısa vaxtda 1348 hektarda səpin həyata keçiriblər.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, bu il rayonda 1754 istehsalçı ilə 4761,93 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 4157,63 hektarı “Azərpambıq” MMC və 1420 hektarı “P-Aqro” MMC ilə olmaqla, 10 min 339,56 hektarda pambıq əkini üçün müqavilə bağlanıb. Bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər.
Fermer Hacıyev Hacıya məxsus 70 hektarlıq sahədə səpin işlərinə 2 çiyidsəpən aqreqat cəlb olunub. Çiyid səpini prosesi xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət edilməklə həyata keçirilib.
Rayonda səpinə kifayət qədər səpin aqreqatı cəlb olunub və səpin işlərinin qısa müddətinə başa çatdırılacağı planlaşdırılır. Səpin işlərinin gedişi ilə tanış olan Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov fermerlərə tövsiyələrini verib.
Qeyd edək ki, 2019-cu ildə Ağcabədi rayonunda 10 min 452,25 hektar sahədə pambıq becərilib, 32 min 099 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 30,7 sentner olub.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !