Arzu Nagiyev: - Ermənistan Türkiyəyə düşmən mövqeyini yenə nümayiş etdirdi ...

Arzu Nagiyev: “Ermənistan Türkiyəyə düşmən mövqeyini yenə nümayiş etdirdi”...

Arzu Nağıyev: “Ermənistan nə qədər inkar etsə də, öz vətəndaşları ilə bağlı Türkiyə tərəfə kömək üçün müraciət edib”
Deputat Arzu Nağıyev bu fikirləri İrəvanın Ankaradan koronavirusla mübarizə məqsədilə dərman preparatları və tibbi ləvazimatlar istəməsinə, Türkiyənin verdiyi reaksiyaya münasibət bildirərkən söylədi. Millət vəkili Musavat.com-açıqlamasında ermənilərin Türkiyəyə qarşı təxribatından da bəhs etdi: “Erməni tərəfi koronovirusla bağlı Çinə müraciət edib və gələn yardımın üzərində ingilis dilində belə bir yazı olub. "Qoy bizim dostluğumuz Ararat dağından da hündür, Yantsızı çayından uzun olsun”. Təbii ki, bu, Çindəki ermənilərin öz təxribatıdır. Və bununla əlaqədar Çinin Türkiyədəki səfiri XİN-ə dəvət edilib və insidentlə əlaqədar izahat tələb edilib. Ermənistan da bunu əsas götürərək həmişə olduğu kimi, yenə də qeyri-ciddi bəyanatlar səsləndirir”.
A.Nağıyev qeyd etdi ki, Ermənistan nə qədər inkar etsə də, öz vətəndaşları ilə bağlı Türkiyə tərəfə kömək üçün müraciət edib: “Ermənistan koronavirus pandemiyası ilə bağlı Türkiyədə qalan və təbii ki, karantin müddətində hərtərəfli yardım alan 73 vətəndaşını Gürcüstan sərhədi vasitəsilə geri qaytarıb. Buna görə Türkiyə tərəfə deyil, yalnız Gürcüstana təşəkkür edən Ermənistan təbii ki, yenə də Türkiyəyə qarşı düşmən mövqeyindən əl çəkmədiyini nümayiş etdirdi. Məhz Dağlıq Qarabağ münaqişəsinə görə Türkiyənin sərhədləri bağladığını, Ermənistanın blokadasında iştirak etdiyini öz XİN-ləri vasitəsilə bəyan edir”. Deputat rəsmi Ankaranın Emənistanın dərman çağırışına müsbət reaksiya verdiyi barədə Türkiyə prezidentinin köməkçisi İbrahim Kalın açıqlamasına da toxundu: “Məlumdur ki, dövlət səviyyəsində Türkiyə yaranmış vəziyyətlə əlaqədar humanist addım kimi tibbi ləvazımat və dərmanla köməklik göstərməyə hazır olduğunu bəyan etmişdi. Zənnimsə, bundan sonra, Ermənistanın hər bir humanist addımı belə, siyasi gözdə görməsi bunu da heçə endirəcək”. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !