"Biz birlikdə güclüyük" şüarı altında yaşıllıq salındı - - FOTO

"Biz birlikdə güclüyük" şüarı altında yaşıllıq salındı - FOTO

Təhlükəli virusla mübarizədə ön cəbhədə dayanan səhiyyə işçilərinin və polis əməkdaşlarının  fədakarlığına və şücaətinə minnətdarlıq əlaməti kimi Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!" şüarına dəstək olaraq həmrəyliyimizi simvolizə edən yaşıllıq salındı.

Keçmiş Yod brom zavodunun tullantılardan təmizlənmiş  ərazisində  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və ekokönüllülər tərəfindən karantin rejiminin tələblərinə əməl olunmaqla  minlərlə müxtəlif cinsli ağac əkildi.

Qeyd edək ki, Sovet dönəmindən uzun illər çirklənmiş torpaqlar kimi istifadəsiz qalmış keçmiş
Yod brom zavodunun ərazisi son illər təmizlənərək bərpa edilir, yaşıllıq salınaraq sağlam zonaya çevrilir.

Koronavirusla mübarizədə ön cərgədə gedən, həyatlarını risk altına atan həkimləri və xalqımızın asayişinin və sağlamlığının keşiyində gecə-gündüz çalışan polisləri alqışlayır, onlara inanır və güvənirik.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !