Ancelinanın zombi əkizi koronavirusa yoluxub - - FOTO=2

Ancelinanın “zombi əkizi” koronavirusa yoluxub - FOTO=2

Hollivud ulduzu Ancelina Coliyə oxşamaq üçün 50-yə yaxın estetik əməliyyat etdirən iranlı Fatimə Hişvənd koronavirusa yoluxub.
Bu barədə İran ərazisində yerləşən Amerika İnsan Hüquqları Mərkəzi məlumat verib.
Sosial media fenomeni sayılan 22 yaşlı Fatimə infeksiyanı həbsxanada tutub.
Onun vəziyyətinin ağır olduğu və süni tənəffüs aparatına qoşulduğu bildirilib.
Qeyd edək ki, F.Xişvənd dini müqəddəsləri təhqir etmə, zorakılğın təbliği, qanunsuz əmlak əldə etmək, hicab qaydalarını pozmaq və korrupsiya ittihamları ilə ötən ilin oktyabrında həbs olunub.
Onun İnstaqramdakı hesabının adı Sahar Tabardır. Fatimə “Zombi gəlin”, “Zombi qız” kimi də adlandırılır. axşam.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !