Gülağa Tənha - "ola..." rədifi

Gülağa Tənha "ola..." rədifi

 

Qəzəlin vətəni Ərəbistandı, Qəzəl qəsidənin nəsib hissəsindən yaranmış və alimlərin fikirincə İran xalqları ədəbiyyatından da qidalanmışdır. "Ərəb ədəbiyyatında ilk qəzəlxan şair Ömər ibn Əbu Rəbiə (655-712) sayılır. Ömər, yaradıcılığıda gözəlləri və məhəbbəti vəsfinə edərək yığcam, 6-8 beytlik qəzəllər yazmış və ərəb qəzəl ədəbiyyatının görkəmli nümayəndələrindən biri kimi tarixə düşmüşdür". Hər şair öz qəlbinin süzgəcindən duyduğu kimi, hiss etdiyi, gördüyü gözəlliyi əks etdirir və bununla dünyaya sanki qəlbinin böyüklüyünü və dərinliyini göstərmiş olur. Növbəti qəzəl xeyriyyəçi - şair Gülağa Tənhanın "ola" rədifi ilə yazılmış qəzəldir. İfa edir əməkdar artist İlkin Əhmədov.
* * *
Elə istədim mənim sənkimi bir yarım ola
Gözümün nuru ola, könlümün dildarım ola

 

Hara getsə dizinə sığal çəkəydi gözlərim
Hər ayaq basdığı yer külli-çəmənzarım ola

 

Tanrının qarğışıdır, yoxsaki bəxtim belədir?!
Etmərəm dəxi şikayət yar sitəmkarım ola

 

Tənhanın çəkdiyi qəm Məcnuna rəhmət oxunur,
Cövrü - cəfaya düşən bir ömürlük karım ola
 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !