Masallı rayonunda onlayn qaydada Breyn rinq İntellektul yarışı keçirilmişdir - +FOTO=3 (AZpress.AZ - Əlihüseyn Şükürov)

Masallı rayonunda onlayn qaydada “Breyn rinq” İntellektul yarışı keçirilmişdir +FOTO=3 (AZpress.AZ - Əlihüseyn Şükürov)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşlara tövsiyələrini əsas tutaraq “Biz birlikdə güclüyük” devizi altında və yeni növ koronavirus (COVİD - 19) pandemiyası ilə əlaqədar olaraq ölkə ərazisində elan edilmiş xüsusi karantin və bu çərçivədə tətbiq edilən hərəkət məhdudiyyətləri rejimini nəzərə alaraq Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə gənclər arasında fərdi olaraq onlayn qaydada “Breyn rinq” intellektual bilik yarışı keçiriləcək
Whatsapp vasitəsi ilə keçirilən onlayn oyununun əsas məqsədi xüsusi karantin dövründə gənclərin asudə vaxtlarının səmərəli təşkili, həmçinin “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bədlərinin rayonumuzda icrasını təmin etməkdir.
Fərdi qaydada keçirilən onlayn yarışda gəclərdən Cəbiyev Şamxal 40 xal toplayaraq birinci yerə ,İbrahimov Qadir 12 xal toplayaraq ikinci yerə, Xəlilov Murad 9 xal toplayaraq üçüncü yerə layiq görülmüşlər .
Onlayn qaydada keçirilən oyunda qalib gəlmiş gənclər Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılacaq.
Əlihüseyn Şükürov. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !