Sumqayıt Dövlət Dram Teatrında kollektivin fəaliyyətinə həsr olunmuş videokonfrans keçirilib - +FOTO=4

Sumqayıt Dövlət Dram Teatrında kollektivin fəaliyyətinə həsr olunmuş videokonfrans keçirilib +FOTO=4

Sumqayıt Dövlət Dram Teatrında 20.04.2020 tarixində xüsusi rejimli karantin günləri ilə bağlı kollektivin fəaliyyətinə həsr olunmuş videok.onfrans keçirilib. Bu günlərdə teatr əməkdaşlarının fəaliyyətinin ev şəraitinə uyğun tənzimləməsi kimi mühim məsələlər videokonfransın əsas mövzusu olub.
Sahə və xidmət rəhbərlərinin qatıldığı online iclasda dünyanı cənginə almış koronavirus pondemiyası (COVİD-19) təhlükəsinə qarşı Azərbaycan dövlətinin operativ şəkildə qabaqlayıcı tədbirlər görməsi, sosial izolyasiya çərçivəsində “Evdə qal, sağlam ol” konpaniyasının uğurla aparılması diqqətə çatdırıldı.
Teatrın direktoru Əməkdar artist Mübariz Həmidov sənət ocaqlarının online çıxışlarının müsbət rezonans doğurduğunu söylədi. Əməkdar artist bildirdi ki, müasir texnoloji vasitələrin yaratdığı geniş imkanlardan bəhrələnərək biz də özümüzün virtual repertuar planını qurmuşuq. Sosial .şəbəkələr üzərindən doğma tamaşaçılarımıza xidmət göstəririk. Karantin günlərinin ilk iki həftəsində tamaşalarımızın izlənmə sayı 10 tamaşa üçün 7258-dir. Bu çətin günlərdə mətbuat xidmətinin operativliyinin mütləqliyindən danışan direktor videokonfransda iştirak edən rejissorlara aktyorların fəallığının vacibliyini, yaradıcı şəkildə maarifləndirmə işlərinin görülməsini təmin etməklə birgə işin zəruriliyini tövsiyə etdi. Repertuara daxil edilən monotamaşaların məşqlərinin davam etdirilməsini tapşıran rəhbərlik digər vacib məsələlərə də toxundu.
Teatrın direktoru onu da diqqətə çatdırdı ki, teatrın inzibati binasında vaxtaşırı dezinfeksiya işləri aparılır. Xüsausi icazəsi olan əməkdaşlardan tələb olunur ki, ehtiyac yaranmadıqda iş yerinə gəlməsinlər. Həmçinin yaşı 65-i keçmiş əməkdaşlarla vaxtaşırı əlaqə saxlasınlar.
Digər çıxış edənlər Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyyələrinə düzgün əməl etməyi, məşqləri ev şəraitində online davam etdirməyin zəruriliyi vurğuladılar.
Direktor Əməkdar artist Mübariz Həmidov dövlət başçısı cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu çətin günlərdə doğma xalqın yanında olduqlarını, gərəkən ən zəruri addımlar atdıqlarını bildirdi. Bu günlər bir daha sübut etdi ki, Azərbaycan sosial dövlətdir.- direktor diqqətə çatdırdı. Və biz bununla qürur duyuruq.
Sonda Əməkdar iincəsənət xadimi Mübariz Həmidov yaradıcı heyətə boş vaxtlarından səmərəli istifadə etməyi, repertuar siyasətinin bundan sonra da düzgün formalaşması üçün yeni ideyalar üzərində düşünməyi və online məşqlərlə işi ev şəraitində qurmağı tövsiyyə etdi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !