Türkiyəli müğənni çörəyi belə dezinfeksiya edir - - VIDEO

Türkiyəli müğənni çörəyi belə dezinfeksiya edir - VIDEO

Türkiyənin məşhur müğənnisi Nazan Öncel sosial şəbəkədə paylaşdığı video ilə gündəmə damğasını vurub.
Oxu.Az xəbər verir ki, koronavirus xəstəliyi ilə əlaqədar marketlərdən alınan istər ərzaq, istərsə də məişətdə istifadə edilən əşyaları dezinfeksiyaedici məhlullar ilə təmizləyən sənətçi qəribə üsula əl atıb.
N.Öncel açıq şəkildə aldığı çörəyi qaz plitəsi üzərində qızdırdığını əyani sürətdə sosial media hesabında izləyicilərinə nümayiş etdirib.
Məşhur müğənninin dezinfeksiya üsulu görənlərin heyrətinə səbəb olub. Sosial media əhli N.Öncelin bu hərəkətini birmənalı qarşılamayıb. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !