Villasını nümayiş etdirən Əməkdar artist: Niyə tamaşaçılar bizi evsiz, yaman gündə görmək istəyir? - - VIDEO+FOTO=3

Villasını nümayiş etdirən Əməkdar artist: “Niyə tamaşaçılar bizi evsiz, yaman gündə görmək istəyir?” - VIDEO+FOTO=3

“Bu evə karantindən əvvəl köçmüşəm. Dedilər ki, hamı evdə oturmalıdır, biz də evdə qaldıq. Bir balaca həyətimiz də var. Əgər bu evin havası, rahatlığı bizə uyğun olsa, elə burada qalmağı düşünürük. Evdə qalmaq mənim üçün toy-bayramdır. Neqativ hisslərə qapılmıram. Mənfi enerjini öldürməyi bacaran insanam. Qəm qəmi gətirir. Özümü o hallara kökləmirəm. Vaxtında yatır və oyanıram. Özümlə məşğulam. Həyatım tamam dəyişib. Uzun illərdir çalışırıq. Karantindən əvvəl fikirləşirdim, necə edim ki, dincəlim? Deyirdim telefonu söndürüb, bir ay evdə istirahət edəcəm”.
Bu sözləri Əməkdar artist Könül Kərimova “Xəzər” telekanalında yayımlanan “Evdəkilərə salam” verilişində karantin günlərindən danışarkən deyib.Sənətçi özü də daxil olmaqla, evlərini nümayiş etdirdiyinə görə həmkarlarının sosial şəbəkə izləyiciləri tərəfindən tənqid olunmasına sərt reaksiya bildirib:
“Başa düşə bilmirəm ki, niyə tamaşaçılar sənətçiləri evsiz-eşiksiz, yaman gündə görmək istəyirlər? Bu sənət adamının niyə evi olmalı deyil? Biz gündə evimizi reklam etmirik. İnanırsınız ki, məndən televiziya işçiləri çox inciyir. Deyirlər ki, “Niyə bizi evinizə dəvət etmirsiniz?” Cavab olaraq söyləyirəm ki, çəkib, efirə verirsiniz, peşman oluram. Sosial şəbəkədə evimizi nümayiş etdirdiyimizə görə, bizi tənqid edirlər”.
K.Kərimova qızı Ləmandan sonra oğlu Rəşadı evləndirmək istədiyini açıqlayıb:
“Bunu çox arzulayıram. Ən böyük istəyim indi odur. Çox yorulmuşam, istəyirəm evlənsin, dincəlim. Hər dəfə belə söhbət düşəndə, deyirəm ki, müğənni gəlin istəmirəm. Məni daş-qalaq edirlər. Özüm, qardaşımın qızı müğənnidir. Bu işin çətinliyini görürəm. İstəyirəm, gəlinim evdə olsun. Bir oğlum var, nə edim? Gəlinim, evdə otursun. Qoçaq, gözəl, saçı uzun, qaynaqsız, təbii dırnaq, kirpikli gəlin istəyirəm”.oxu.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !