Su hövzələri qadağan olunmuş vasitələrdən təmizlənib - - FOTO

Su hövzələri qadağan olunmuş vasitələrdən təmizlənib - FOTO

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən  icazəsiz balıq ovunun qarşısının alınması və balıqların kürütökmə dövrü ilə əlaqədar maneələrin aradan qaldırılması məqsədilə ölkənin sututarlarında, o cümlədən Kür çayı, Mingəçevir və Şəmkir su anbarları, Şirvan kanalı, Mil-Muğan kollektoru və Xəzərsahili akvatoriyada genişmiqyaslı  nəzarət tədbirləri həyata keçirilib.

Reydlər nəticəsində  istifadəsi qadağan edilən 5873 metr uzunluğunda sintetik tor,  2182 ədəd  qadağan olunmuş müxtəlif ov aləti və 4 qayıq aşkar edilib.

 Faktlar üzrə bütün sübutlar yerində aktlaşdırılıb və təqsirkarların müəyyən edilməsi üçün toplanmış materiallar Su Nəqliyyatında Polis İdarəsinə  göndərilib.

Qeyd edək ki,  balıqların kürütökmə dövrü ilə əlaqədar  1 may 2020-ci il tarixindən balıq ovuna 3 aylıq  moratorium elan edilib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !