Masallıda Heydər Əliyev Fondunun sosial aksiyası - +FOTO=14 (AZpress.AZ - Əlihüseyn Şükürov)

Masallıda Heydər Əliyev Fondunun sosial aksiyası +FOTO=14 (AZpress.AZ - Əlihüseyn Şükürov)

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə insanlara dəstək məqsədilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 20 aprel 2020-ci il tarixdə Masallı şəhərində, rayonun bütün kənd və qəsəbə ərazilərində «Biz birlikdə güclüyük» devizi altında sosial aksiya keçirilib.

Sovqatlar hazırlanaraq vətəndaşlara yaşadıqları evlərdə paylanılıb.
Bu sosial aksiya koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlətin həyata keçirdiyi tədbirlərə dəstək məqsədi daşıyır.
Aksiya çərçivəsində Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi könüllüləri tərəfindən karantin rejimi dövründə evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə, aztəminatlı və digər həssas kateqoriyalardan olan ailələrə ərzaq məhsullarından ibarət sovqat paylanılıb, eləcə də vətəndaşlara pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib. Bu dövrdə hər kəsi öz evində qalmağa, dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək verməyə çağırıblar.
Sovqatları qəbul edən vətəndaşlar bu nəcib aksiyaya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, koronavirus infeksiyasının ölkəmizdə daha geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində 2020-ci il 4 may tarixinədək 65 yaşdan yuxarı şəxslərin evdən çıxışı qadağan edilib, yaxın təmasları azaltmaq məqsədi ilə insanların fərdi evlərindən və mənzillərindən çıxışı isə xüsusi qaydalarla tənzimlənməklə məhdudlaşdırılıb.
Bu həssas dövrdə vətəndaşlarımızı evdə qalmağa, dövlətin müəyyən etdiyi sosial izolyasiya tələblərinə ciddi əməl etməyə çağırırıq.
Qeyd edək ki, "Biz birlikdə güclüyük" aksiyasının elan olunduğu qısa vaxt ərzində təşəbbüsə qoşulan, yardım edən xeyriyyəçilərin sayı getdikcə artır.
Layihənin əsas donoru Heydər Əliyev Fondudur.

Əlihüseyn Şükürov. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !