Tarix İnstitutunun Tarixi şəxsiyyətlərimizə sahib çıxaq layihəsi çərçivəsində illüstrativ broşürlər nəşr olunacaq -

Tarix İnstitutunun “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində illüstrativ broşürlər nəşr olunacaq

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində illüstrativ broşürlər nəşr olunacaq.

Tarix İnstitutundan verilən məlumata görə, illüstrativ broşürlərin hazırlanmasında məqsəd Azərbaycan tarixini gənclər arasında geniş təbliğ etmək və “Azərbaycan tarixi” fənni üzrə orta məktəb dərsliklərindəki mövzuların mənimsənilməsini daha da asanlaşdırmaqdır.

Broşürlərin nəşri ilə bağlı işçi qrupu yaradılıb. İşçi qrupunun rəhbəri Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovdur. Broşürlərin hazırlanmasına müvafiq tarixçi alimlər cəlb olunublar. Yaqub Mahmudov tarixçi alimlərlə elektron poçt vasitəsilə əlaqə saxlayır, görülən işlərlə maraqlanır.

Kitabçalar Azərbaycanın dövlətlərinə, tarixi şəxsiyyətlərinə və mədəniyyətinə həsr olunacaq. Nəşrlərdə Heydər Əliyev, Babək, Uzun Həsən, Şah İsmayıl Səfəvi, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar, Hacı Zeynalabdin Tağıyev, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, Nəriman Nərimanov və digər tarixi şəxsiyyətlər yer alacaq. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !