Masallıda dezinfeksiya işləri davam etdirilir - +FOTO=5 (AZpress.AZ - Əlihüseyn Şükürov)

Masallıda dezinfeksiya işləri davam etdirilir +FOTO=5 (AZpress.AZ - Əlihüseyn Şükürov)

Xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər Masallı rayonunda da davam etdirilir. Dünən, 21 aprel 2020-ci il tarixdə Masallı GEM və rayon Dezinfeksiya Stansiyasi Masallı Elektrik Şəbəkəsi (Azərişıq ASC), avtovağzal, rayon Məşğulluq Mərkəzi, «Azərpoçt»un Masallı filıialı, DSMF-nin Masallı rayon şöbəsinin inzibati binası, 18 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi, 1 qəsəbə və 6 kəndin ərazisində yerləşən 4 bankomat, 2 fərdi yaşayış evi, 2 küçə və 7 məhəllələrarası yollar, 20 ərzaq mağazası, 1 həkim, 1 tibb məntəqəsi, 2 avtomobil təmiri, 2 plastik qapı-pəncərə sexi, 1 park dezinfeksiya olunmuşdur.
Sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiyaedici işlər virusun yayılma təhlükəsi bitənə qədər davam etdirilməsi nəzərdə tutulub.
Hazırda dezinfeksiya işləri davam etdirlir.

Əlihüseyn Şükürov. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !