• MİRAS Sumqayıtda seminar keçirəcək -

• MİRAS Sumqayıtda seminar keçirəcək

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2010-cu ilin noyabr ayından müxtəlif təhsil və mədəniyyət ocaqlarında "Mədəni İrs" seminarları keçirir.
Məqsəd vətənimizin qədim tarixinin və zəngin mədəni irsinin elmi ictimaiyyətə və intellektual dairələrə çatdırılması, ictimaiyyətin Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı biliklərinin və dünyagörüşlərinin hərtərəfli inkişafına dəstək olmaq, mədəniyyət ocaqlarına marağın artırılması və onların gözü ilə bu sahədəki problemləri müəyyən etməkdən ibarətdir. Seminarlar mədəni irsin öyrənilməsi, mühafizəsi və təbliği sahəsində tanınmış yerli və xarici mütəxəssislərin iştirakı və çıxışı ilə keçirilir.
Bu silsilədən "İrsimiz - Folklorumuz" adlı növbəti seminar dekabrın 19-da Sumqayıt Dövlət İnstitutunda təşkil olunacaq. Bu dəfəki seminarda filologiya üzrə fəlsəfə doktoru, dosent Nizami Namazov, tarix üzrə fəlsəfə doktoru, "Miras" İB-nin sədri Fariz Xəlilli, AMEA-nın folklor institutunun əməkdaşları çıxış edəcək, mövzu ətrafında müzakirələr aparılacaq. Tədbirdə həmçinin İctimai Birliyin istehsalı olan "Tərəkəmə Çərşənbəsi" filmi iştirakçılara təqdim olunacaq.
Seminarda yalnız SDU-nun müəllim və tələbə kollektivi deyil, mövzu ulə maraqlanan bütün gənclər, elm adamları, KİV təmsilçiləri dəvət olunub.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !