Gülağa Tənha - şairin öz səsi ilə...

Gülağa Tənha şairin öz səsi ilə...

          Bəzən şairin vəsf etdiklərini olduğu kimi görmək zaman, vaxt tələb edir. Bizdə olan məlumata görə tanınmış xeyriyyəçi-şair Gülağa Tənha istər şəxsi yaradıcılığını, istərsə də xeyriyyə məqsədi ilə nəşr etdirdiyi kitablar bu günə qədər təmənnasız, oxucuların ixtiyarına verilmişdir. Əlbəttə çox insanın bundan xəbəri yoxdur. Mütəmadi yaradıcılığını dərc etdirdiyimiz müəllifin (mübaliğəsiz) olduqca uğurlu şeirlər vardı, yəgin bunu diqqətli oxucular da təsdiq edər və bu şeirlər 2014-ci ildə çap olunan beş cildliyin tərkibindədir. Artıq bir çox şeirlər müğənni və qiraətçilər tərəfindən səslənərək böyük rəğbət qazanmışdır. Şairə bu yolda dəstəyimizi əsirgəmədən bir ideya irəli sürərək təklif edirik ki, beş cildliyin ən seçmə şeirləri bir yerə cəmləyərək nəşriyyata verilsin. İçi zəngin, olduqca sadə görünüşlü kitab çapı üçün, çünki, bəzən kitabın dizaynı yüksək səviyyədə olduqda, maddi durumu elə də ürək açan olmayan oxucunu bir qədər qorxudur. Bəzən qiymətini belə soruşmağa utanır. Əslində isə yuxarıda qeyd etdiyimiz kimi Şairin kitabları təmannasız oxuculara verilirdi. Bu barədə kitabların ilk səhifəsində də qeyd edilib. Qayıdağın təklifimizə: biz azpress.az - saytı olaraq təklif edirik ki, beşin cəmi olan bir şeirlər kitabı nəşr edilsin, çünki az-çox poeziyadan anlayışı olan biriləri kimi rastlaşdığımız, oxuduğumuz eləcə də ardıcıl şəkildə saytda dərc etdiyimiz şeir və qəzəllərin kitab dükanlarının rəflərində olması, oxucu tərəfindən alınması üçün haqqları olduğunu düşünürük... Burada məqsəd kitab şatışından pul qazanmaq məsələsi deyil... Beş cildliyin nəşrindən altı il keçib, bəlkə də Şair on cildliyin nəşrinə hazırlaşır, bilmirik amma həmin o bir kitab öz oxucusunu gözləyir. Daha sonra bu kitab müxtəlif dillərə tərcümə olunaraq digər ölkələrdə yayımlanması məsələsi isə digər ideyamızın müzakirəsidir. Qarşı tərəfin bu barədə fikiri olarsa dərc etməyə hazırıq.

p.s: Təklif edilən ideya, təmənnasız olaraq Azərbaycan ədəbiyyatının xeyri naminə verilmişdir.


müəllif: Ağa Məhəmməd Aman
 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !