Pambığın becərilməsində müasir texnikalardan, pivot suvarma sistemindən istifadə olunur - - VIDEO+FOTO=10 (AZpress.AZ - Mais Ibrahimov)

Pambığın becərilməsində müasir texnikalardan, pivot suvarma sistemindən istifadə olunur - VIDEO+FOTO=10 (AZpress.AZ - Mais Ibrahimov)

Ağcabədi innovasiya təsərrüfatında pambığın becərilməsində müasir texnikalardan, pivot suvarma sistemindən istifadə olunur

Ağcabədi rayonunda çiyid səpini davam edir. Bu il rayon ərazisində 10 min 339,56 hektarda pambıq becərilməsi nəzərdə tutulur ki, onun da 684 hektarı "MKT İstehsalat Kommersiya” MMC-nin innovasiya təsərrüfatənda həyata keçiriləcək.

AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, innovasiya təsərrüfatında pambığın becərilməsində müasir texnika və aqreqatlardan, pivot suvarma sistemindən istifadə olunur. Əkinlərin pivot sistemi ilə suvarılması suvarma suyuna qənaət etməklə su itkisini azaldır, torpağın şoranlaşmasının qarşısını alır, eyni zamanda, yüksək məhsuldarlığın əldə edilməsinə şərait yaradır.

Çiyid səpininin gedişi ilə maraqlanan Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov növbəti dəfə "MKT İstehsalat Kommersiya” MMC-nin Ağcabədi İnnovasiya fermer təsərrüfatında olub . 684 hektar sahədə pambıq əkini planlaşdırılan İnnovasiya fermer təsərrüfatında gün ərazində 64 hektar sahədə çiyid səpini həyata keçirilir.

"MKT İstehsalat Kommersiya” MMC-nin Ağcabədi İnnovasiya filyalının direktoru Fazil Musayev Rayon İcra Hakimiyyətinin başçısına bildirib ki, səpin işlərinin qısa müddətinə başa çatdırılacağı planlaşdırılır. Əkin zamanı Türkiyənin “Bəyaz altun" pambıq sortundan istifadə olunur. Bu il həmçinin 60 hektarda yeni növ pambıq toxumlarının təcrübə sahələrində əkilməsi, 13 hektarda damcı suvarma sisteminin qurulması nəzərdə tutulur.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !