Hadisənin dodaq uçuqladan bahalı qarderobu - -FOTO=6

Hadisənin “dodaq uçuqladan” bahalı qarderobu -FOTO=6

Qalmaqallı açıqlamaları ilə gündəmdən düşməyən Türkiyənin cazibədar müğənnisi Hadisə dəbdəbəli zövqü ilə seçilən məşhurlardandır.
Sənətçinin geyim tərzi günlərlə maqazin proqramlarında müzakirə olunur, hətta həmkarları tərəfindən təkrarlanır. Sənət yoldaşlarından fərqli olaraq, müğənni qiymətinə fərq qoymadan yalnız dünya şöhrətli brendlərə üstünlük verir.
Türk pop səhnəsinin ulduzu Hadisənin bir-birindən fərqli və göz oxşayan libas və aksesuarlarının hansı brendə məxsus olduğunu, dəyərini “Instagram”da populyarlıq qazanan “Kim haradan geyinir?” səhifəsinə istinadən təqdim edir:
Müğənninin konsertə geyindiyi qızılı rəngli kostyum “Dundas world” markasına məxsusdur. Pencəyin qiyməti 4233 manat, tulumun isə 1397 manatdır.
İdman sayəsində fit vücudunu formada saxlayan sənətçinin əyninə geyindiyi 77 manatlıq “top” “Adidas”dan, 230 manatlıq “losin” isə “Ivy Park” brendindəndir.
Ulduzun 3578 manatlıq uzun, açıq çəhrayı rəngdə libası və 2407 manatlıq qara rəngli ayaqqabısı “Fendi” brendinə məxsusdur.
Hadisənin “O səs Türkiyə” müsabiqəsinə geyindiyi hər iki libas “Rasario” brendindəndir.
Ağ libasın qiyməti 4191 manat, qara rəngli paltarın qiyməti isə 8340 manatdır. 1661 manat dəyərində ayaqqabı isə “Manolo Blahnik” markasına məxsusdur.
Açıq-saçıq geyimlərə daha çox üstünlük verən müğənninin qarderobunda yer alan, qiyməti 6613 manat olan tünd göy rəngli qısa paltar “Gucci” brendindəndir. Ayaqqabının markası isə “Gianvito Rossi”dir, qiyməti 2312 manatdır.
Hadisənin dərin dekolteli, üzəri xırda naxış printləri ilə bəzədilmiş, yay fəsli üçün nəzərdə tutulan 9860 manatlıq libası və 1615 manatlıq ayaqqabısı “Dior” markasına məxsusdur. oxu.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !