Səbail rayonunda karantin zamanı qanunsuz işləyən kafe aşkarlandı - +FOTO=5 (AZpress.AZ - Mina Turksoy)

Səbail rayonunda karantin zamanı qanunsuz işləyən kafe aşkarlandı +FOTO=5 (AZpress.AZ - Mina Turksoy)

Bakının Səbail rayonu ərazisində Bayıl dairəsinə yaxın xüsusi karantin rejimi qaydalarına zidd olaraq, gizli fəaliyyət göstərən kafe polislər tərəfindən aşkarlandı.
Bu haqda məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qeyd olunan ünvanda kafenin sahibi Söhrab İsayevin karantin qaydalarını pozaraq, müştəri qəbul etdiyi aşkarlanıb.
Kafeyə baxış zamanı S.İsayev və orada olan doqquz müştəri saxlanılaraq, Səbail RPİ-nin 8-ci Polis Bölməsinə gətirilib.
Xüsusi karantin qaydalarını pozan obyekt sahibi rayon məhkəməsinin qərarı ilə 200 manat məbləğində cərimə edilib. Müştərilər barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək, onların hər biri 200 manat məbləğində cərimə olunublar.

AZpress.AZ, Minə Türksoy. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !