ƏMƏK VƏ ƏHALININ SOSİAL MÜDAFIƏSI NAZIRLIYINƏ VƏTƏNDAŞDAN - MÜRACIƏT

ƏMƏK VƏ ƏHALININ SOSİAL MÜDAFIƏSI NAZIRLIYINƏ VƏTƏNDAŞDAN MÜRACIƏT

“Salam.
Mən bir uşağımla Bakı şəhərində qeydiyyatdayam və burada da yaşayıram. İşsiz kimi 190 manatı almaq üçün müraciət etmişdim. “E-sosial”dan mənə belə bir cavab gəlib: “Məşğulluq haqqında qanunun 4.1.3 maddəsinə əsasən sizə imtina edilmişdir.”
Mən bilmirəm bunu yazan robotdur, yoxsa canlı insan. Əgər robotdursa, sözüm yoxdur, yox əgər insandırsa, onda xahiş edirəm, məni diqqətlə dinləyin.
Azərbaycanın dağ rayonlarından birində daşlı-kəsəkli bir ərazidə 8 sot torpaq almışam. Nə suyu var, nə çəpəri.
Cənablar, mən indi bilmirəm o daşlı-kəsəkli ərazidə təcili olaraq nə iş görüm ki, uşağımı və özümü dolandırmaq üçün qazanc götürüm və bu qazanca kartof alım, ət alım, qənd, çay alım... və pandemiya dövründə acından ölməyim? Bu, işin bir tərəfi.
İkinci tərəfi odur ki, əgər şəhərdən rayona və əksinə, rayondan şəhərə hərəkət etməyə icazə verilmirsə, mən o torpaqda necə əkin-biçin işləri görə bilərəm?
Və nəhayət. Bu torpağı mənə pay torpağı kimi dövlət verməyib. Onu iki il bundan əvvəl öz pulumla almışam.
Xahiş edirəm, bu barədə məntiqi və vicdanlı qərar çıxarıb mənə cavab verəsiniz.” 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !