Gülağa Tənha - "Ey Tanrım" Ramazan ayının ilk günü

Gülağa Tənha "Ey Tanrım" Ramazan ayının ilk günü

 Azpress.az - saytı Gülağa Tənhanın "Ey Tanrım" şeirinə hazırlanmış vide klipi təqdim edir.

Bu gün Azərbaycanda Ramazan ayının ilk günüdür. Allah oruc tutanların oruclarını və xeyirə  edilən duaları qəbul etsin! Dua enerjidir, qüvvədir. Müqəddəs kitabda deyilir: ...Allah, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır!” (Loğman, 34). Bəzən insanlarda sual yaranır: Allah hər şeyi eşidən, görən və biləndirsə niyə yer üzündə baş vermiş haqsızlıq və ədalətsizliklərə imkan verir ? - Allah səbrli və ədalətlidir, bəzən zalimlərin son nəfəsinə qədər möhlət verər ki, bəlkə tövbə edib, bağışlanma diləyərlər. Bunu bilən bəzi zalimlər şüuraltında: Vaxtı gələndə, qocalanda etdiklərimə tövbə edərəm. - düşünür. Bir də gördün əcəl onu gözləmədiyi bir məqamda yaxalayır. - "(Ya Rəsulum!) Bir gör onların (zalımların) hiylələrinin axırı necə oldu. Biz onların özlərini də, tayfalarını da büsbütün yox etdik. Bu, zülmləri üzündən onların bomboş (viran) qalmış evləridir. Həqiqətən, bunda (qüdrətimizi) anlayıb bilən bir qövm üçün ibrət vardır!" (Nəml surəsi 51-52) 

Tövbə nədir? Etdiyin yanlış addımı, tam günahın məhiyyətinə vararaq, tutduğun əməldən peşman olmaq və tövbə edib Uca Allahdan bağışlanma diləyərək bir daha o gunaha qayıtmamaqdır. Ramazan ayının özəlliyi və gözəlliyi ondadır ki, sən bu kimi mühüm məsələlər haqqında düşünməyə sövq olunursan, on bir ay ərzində, bəlkə də xəbərin belə olmadan çirklənmiş qəlbinin kirindən təmizlənirsən. Bir halda ki, günah tərkibli düşüncə, niyyət belə qəlbi kirlədə bilir... Hər şey isə niyyətdən başlayır. Niyyət isə yuxarıda qeyd etdiyimiz enerjinin mənbəyidir. - Allah gözlərin xəyanətini (xain gözləri) və ürəklərin gizlətdiyini biləndir!” (Mömin, 9). Kvantıvıy fizikada da düşüncənin, sözün, bizə sehr kimi görünən gücünü, elmi tərəfdən təsdiqini tapmışdır. Dua enerjisini yüksək tezliklə ötürülməsi və qəbul olunması üçün isə dediyimiz həmin qəlbin kanallarının təmiz olmasından asılıdır. Analiz etsək görəcəyik ki, biz, özümüz də bilmədən, nə vaxtsa arzuladığımız həyatı yaşayırıq. Söhbət qlobal məsələlərdən gedir... Cümlənin bu yerində ağlıma bir vaxt Qarabağda yaşayan əhali gəldi, görünür açıq kanallı qarabağlıların nə vaxtsa qəlbində Bakıda yaşamaq arzusu olub... Odur ki, arzularınıza diqqət edin, onlar, zamanı gələndə "rahatlıqla" gerçəkləşə bilər!

Ramazan ayın gəlişi ilə bütün müsəlman dünyasını təbrik edir, Allahdan dünyamıza salamatlıq və bərəkət arzulayırıq!


müəllif: Ağa Mühəmməd Aman


söz: Gülağa Tənha (Qənbərov)
musiqi: Yaşa Cahid

 

 

 

EY TANRIM


Ey Tanrım, hər yerdə səni görürəm,
Yerdəsən, göydəsən, kainatdasan.
Səni vəsf etməkdə acizdir qələm,
Özün can verdiyin bu həyatdasan.
Göydə ulduzları, Ayı yaratdın,
Bu dünyada səslər, rənglər – əməlin.
Dənizlər xəlq etdin, dağlar ucaltdın,
Təbiət sənindi, məxluqat sənin.
Ey Tanrım, rəhm elə suçlu bəndənə,
Adilsən, aqilsən, keç günahımdan.
Səndən yarananlar dönəcək sənə,
Bizi məhrum etmə öz dərgahından.

 

 Ərkivan, 18.03.2003

 

 

 

#Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !