- Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə xalqımızı və dünya müsəlmanlarını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə xalqımızı və dünya müsəlmanlarını təbrik edib

 Birinci vitse-prezidentin rəsmi “Instagram” səhifəsində bununla bağlı etdiyi paylaşımda deyilir:

“Ən xoş və saf hisslərlə aşılanan, xeyirxahlıq, mərhəmət və şəfqətin təntənəsini təcəssüm etdirən mübarək Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm. İnanıram ki, bu müqəddəs ayda bütün dua və diləklərimiz qəbul olunacaq və Allah öz mərhəmətini dünyamızdan əsirgəməyəcəkdir. Hər birinizə möhkəm cansağlığı arzulayıram. Allah orucunuzu qəbul etsin!”.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !