Tullantıların idarə olunmasına cavabdeh şəxs cəzalanıb -

Tullantıların idarə olunmasına cavabdeh şəxs cəzalanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Beyləqan rayonu, Birinci Şahsevən kəndində məişət  tullantılarının qalaqlanması ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.

Araşdırma zamanı ərazidə fəaliyyət göstərən  “MKT İK” MMC-nin Beyləqan filialı tərəfindən pambıq emalı zamanı formalaşan istehsalat və məişət tullantılarının su kanalına atıldığı məlum olub. Faktla bağlı filialın direktoru Rəşid Məmmədov  barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib.

Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi, müəssisədə formalaşan tullantıların qanunvericiliyə uyğun idarə olunması və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə filialın direktoruna icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !