AQTA sahibkarlar üçün onlayn videotəlimlərə start verdi -

AQTA sahibkarlar üçün onlayn videotəlimlərə start verdi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sahibkarları maarifləndirmək üçün onlayn təlimlərə başlayır.

Aprelin 28-də, saat 16-00-da keçiriləcək videotəlimdə fındıq ixracı ilə bağlı müzakirələr aparılacaq, bu mövzuda sahibkarları maraqlandıran suallar cavablandırılacaq.

Təlimdə iştirak etmək istəyən sahibkarlar
(012) 377-00-77 (203-222)
(051) 990-50-23 nömrələrinə zəng etməklə əlaqə saxlaya bilərlər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !