AHK Azərbaycanın üzv şirkətləri koronavirus pandemiyasının iqtisadi təsirini dəyərləndiriblər - (+FOTO=2)

AHK Azərbaycanın üzv şirkətləri koronavirus pandemiyasının iqtisadi təsirini dəyərləndiriblər (+FOTO=2)

AHK Azərbaycan, COVID-19-un biznes mühitinə ilkin iqtisadi təsirini qiymətləndirmək üçün üzv şirkətləri arasında qısa sorğu keçirib

COVID-19-un qəfil yayılması nəinki həyatı təhlükə yaradır, həm də qlobal iqtisadi fəaliyyətə
misli görünməmiş təsir göstərir. Məsələnin ciddiliyi bütün dünyada, sərhədlərin bağlanması
və səyahət qadağaları kimi hərəkət məhdudlaşdırıcı tədbirlərin tədbiqinə və beləliklə də
istehsalın ciddi şəkildə pozulmasına və iqtisadi itkiyə səbəb oldu. Azərbaycan da belə
qabaqlayıcı tədbirlərın vacibliyini anlayaraq yeni koronavirusun daha da yayılmasının
qarşısını almaq üçün ölkə daxilində xüsusi karantin rejimi tətbiq etdi. AHK üzvlərinin böyük
əksəriyyəti, pandemiyanın və müvafiq qabaqlayıcı və nəzarət tədbirlərinin öz bizneslərinə
kritik və ya orta təsirini hiss etdiklərini qeyd edirlər. Təəccüblü deyil ki, bu təsir özünü
tikinti, pərakəndə satış, turizm və qonaqpərvərlik kimi bəzi sahələrdə xüsusilə kəskin
göstərir. Bu müşahidələr Alman-Azərbaycan Ticarət Palatasının aprel ayında 140 üzvü
arasında keçirdiyi qısa sorğunun nəticələrinə əsaslanır.

Nəticələr onu göstərir ki, şirkətlər məhsul və xidmətlərə olan tələbatın kəskin şəkildə aşağı
düşməsindən ciddi zərər çəkirlər. Koronavirusun yayılmasının birbaşa nəticəsi olaraq,
AHK-nin hər üçüncü üzvü 2020-ci il üçün biznes fəaliyyətinin hədəfini azaltmağı
planlaşdırır. Bu baxımdan şirkətlər dövlət dəstəyinə güvənmək niyyətindədirlər və sürətli
iqtisadi bərpaya şərait yaratmaq üçün çevik siyasi müdaxilələrin vacib olduğuna inanırlar.
Azərbaycan hökumətinin biznesə dəstək verməsi üçün tətbiq etməli olduğu ən vacib
tədbirlər barədə suala cavab verən AHK üzvlərinin 70% -i vergi tətillərini və ya ödənişlərin
təxirə salınmasını əsas şərt kimi qeyd edirlər.

Nisbətən zəif biznes gözləntilərinə və mümkün gələcək problemlərə baxmayaraq, sorğuda
iştirak edən AHK üzvlərinin demək olar ki, yarısı bu il məşğulluq strategiyalarında ixtisarlar planlaşdırmırlar. Xatırladaq ki, AHK üzvləri Covid-19-un ölkədə yayılmasının qarşısını almaq üçün hökumət tərəfindən atılan addımları dəstəklədiklərini və bununla əlaqədar iqtisadi bərpa üçün əsas fəaliyyət sahələrini müəyyənləşdirdiklərini bildirirlər. Beləliklə,
sorğuda iştirak edən AHK üzvlərindən 22-si Prezidentin mart 2020-ci il tarixli fərmanı ilə
təsis edilmiş Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdiklərini qeyd edirlər. Digər
bir çox respondent isə islahatlar və iqtisadi stimullaşdırma tədbirləri ilə əlaqədar hökumətə
konsultasiya dəstəyi göstərdiklərini bildirir.

“Ümid edirik ki, bu sorğu, dövlət qurumlarına və siyasətçilərə mövcud vəziyyət və biznes
ehtiyacları haqqında daha dərindən məlumat almaq üçün faydalı bir vasitə və etibarlı
mənbə rolunu oynayacaqdır. Beləliklə, hökumətin iqtisadi və maliyyə problemlərini
yumşaltmaq və sürətli iqtisadi canlanmaya keçmək səylərinə töhfə verəcəkdir. AHK
Azərbaycan bütün iqtisadi subyektlərin ümumi mənfəəti naminə irəliyə doğru ən yaxşı yolu
tapmaq üçün Azərbaycan hökuməti ilə konstruktiv dialoqu davam etdirməyə hər zaman
hazırdır.” - deyə AHK Azərbaycanın Baş Direktoru cənab Tobias Baumann bildirib.

Sorğunun ətraflı nəticələri ilə rəsmi veb səhifəmizdə tanışa ola bilərsiniz.

AHK Azərbaycan haqqında

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 2012-ci ildən etibarən Alman
iqtisadiyyatının rəsmi nümayəndəliyi kimi şirkətlərə bazar və biznes araşdırmaları ilə bağlı
məlumat və dəstək verir. AHK Azərbaycan 1999-cu ildə təsis olunan Alman-Azərbaycan İqtisadi
İttifaqından (DAWF) yaradılmışdır. 140-dan artıq üzv şirkət ilə AHK Azərbaycan Avropanın
Azərbaycandakı ən güclü iqtisadi assosiasiyasıdır. Şirkətlər xüsusilə Azərbaycan iqtisadiyyatında və
siyasətində AHK-nın inkişaf etmiş şəbəkəsindən yararlana bilərlər. Üzv şirkətlərin maraqlarını fəal
şəkildə təmsil etməklə, AHK Azərbaycan həmçinin geniş çeşiddə etibarlı biznes və hüquqi xidmətlər
təklif edir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !