Tibbi maska taxıb aptekə hücum etdi - (+FOTO=3)

Tibbi maska taxıb aptekə hücum etdi (+FOTO=3)

Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən aprektlərdən birinə üzündə maska olan naməlum şəxs əlində tapançaya oxşar alətlə əczaçını hədələməklə 700 manat pulu quldurluq yolu ilə talayıb.
Bakı Şəhər Baş Polis İdarəsi xəbər verir ki, hadisə aprelin 21-də axşam saatlarında qeydə alınıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən, Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunan 1979-cü il təvəllüdlü İ.Paşayev müəyyən olunaraq tutulub.
Sabunçu RPİ İstintaq şöbəsində başlayan cinayət işi üzrə, şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !