Sənətimə görə qadınlığım yadımdan çıxdı - Aygün Bəylər + VİDEO

“Sənətimə görə qadınlığım yadımdan çıxdı” Aygün Bəylər + VİDEO

“Sənətim üçün hər şeyimi qurban verdim”.
Bu sözləri Əməkdar artist Aygün Bəylər “Xəzər” TV-də yayımlanan “5/5” proqramında söyləyib:
O, xanəndəlik etmək üçün mübarizə apardığını deyib:
“Kişi kimi başıma papaq qoydum, qadınlığım yadımdan çıxdı. Bəlkə də, bu, o vaxt populyar olmaq üçün lazım idi. Yeni bir imic idi. Daha sonra bu imic həyatıma döndü. Qərara aldım ki, elə bu formada qalım. Hamı da “Biz səni kişi kimi görmüşük, belə də qal” deyirdi. Uşaqlıqda kişi işləri görürdüm, indi isə bunu kişilər edir. Bu sənəti kişi kimi qorumağı özümə borc bildim. Ailəm, hər kəs sənətə gəlməyimi istəmirdi. Deyirdilər ki, oxumaq olmaz, toylarda nağaranı çal. Dedim ki, görərik olar, ya olmaz? Övladımdan sonra insanlara qarşı pis fikirlərim, nifrət hisslərim yox oldu. Evdə saf birini böyüdürəm. Ondan mənə yaxşı enerji gəldi. Buna görə də, sənətdə qala bildim”. axsam.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !