Gülağa Tənha - intiqam aldı...

Gülağa Tənha intiqam aldı...

Azpress.az - saytı Gülağa Tənha yaradıcılığının növbəti ən lirik şeirlərindən birini təqdim edir. Şairin yaradıcılığına nəzər saldıqda yazdığı şeirlər bilavasitə şəxsi həyatı ilə əlaqədar olduğunu görürük. Hər bir şeirin özünə məxsus tarixi, yaşantısı vardır. Məhz ilk sevgisindən aldığı zərbə nəticəsində həyatında dönüş yaranır: xəyanətə uğradığını görən Şair, saf məhəbbətlə aşiq olduğu qızın yaşadığı evin qarşısına gəlir və qapılarına "Deyiləm" adlı şeir yazır, sonra heç kimə bir kəlmə də demədən Azərbaycandan çıxıb gedir. Bu hadisə bəlkə də şairin həyatda özünü təsdiq etməsi üçün vasitə olur: o, qürbət ölkəyə yollanaraq bir müddət sonra zirvələri fəth edib, adının yüksəklərdə çəkilməsinə, eləcə də yazılmasına nail olur. Beləliklə, xeyriyyəçi - şair Gülağa Tənha bir vaxt heç kimin bilmədiyi, ağrı-acısının intiqamını, əldə etdiyi uğurla almış olur.

 


İllər sonra, əməkdar artist Könül xanım Kərimova adı çəkilən şeirin sözlərindən təsirlənərək belə bir mahnı ərsəyə gətirib, ifa edir. Klip video linkdə...
 

 

söz: Gülağa Tənha (Qənbərov)
musiqi və ifa: əməkdar artist Könül Kərimova

 

 

DEYİLƏM


İlk sevdiyim qıza

 

İlk sevgi qəlbimdə əbədi qaldı,
Çılğın gəncliyimi əlimdən aldı.
Ümidim yarpaqtək soldu, saraldı,
Daha əvvəlkitək gülən deyiləm.
Sən elə bilirdin sənsiz ölərəm,
Mənim üzüm bərkdi, ölən deyiləm.
Elə incitmisən ürəyimi sən,
Bir daha qapına gələn deyiləm.
Pərvanə dolanar şamın başına,
Sevgi məhəl qoymaz ömrün yaşına.
Qayıtsan yenidən on beş yaşına,
Mən sənin sevgini bilən deyiləm.
Tənhanın sözünü yadında saxla:
Ömrün keçəcəkdir naləylə, ahla.
Ürəyin nə qədər istəyir ağla,
Axan göz yaşını silən deyiləm.

 

 

dekabr, 1977

 

 


Gülağa #Tənha #Gulaga #Tenha #Qənbərov #Qəmbərov #Qenberov #Qemberov #şair #xeyriyyəçi #xeyriyyeci 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !